Belarusda etirazlar: Minskdə müxalifətin çoxminlik yürüşü keçirilir

Bazar günü Minskdə “Yeni Belarusun marşı” adlı yürüş keçirilir.

Bu yürüş Belarusda etirazların başlanmasından bəri müxalifətin keçirdiyi ən böyük aksiyaya çevrilə bilər.

Media vasitələrinin bildirdiyinə görə, Belarus paytaxtında yüz minlərlə etirazçı toplaşıb, etiraz aksiyaları Minskdən kənarda da keçirilir.

Belarus Müdafiə Nazirliyi bəyan edib ki, asayişin pozulacağı təqdirdə etirazçılarla polis deyil, ordu məşğul olacaq.

Ötən həftə Belarusda Müxalifət Koordinasiya Şurası yaradılıb və bildirilib ki, əsas məqsəd yeni seçkilərin keçirilməsi və hakimiyyətin dinc yolla təhvil verilməsidir.

.

Ölkəyə 26 ildir ki, rəhbərlik edən Alexander Lukashenko şuranın yaradılmasını hakimiyyəti ələ keçirmək cəhdi adlandırıb və müxalifəti sərt tədbirlərlə hədələyib.

Çərşənbə axşamı günü küçə nümayişləri həftəsonu qədər kütləvi olmasa da, tətillər davam edir.

Lukaşenko Daxili İşlər Nazirliyinin 300-dən çox işçisini “Qüsursuz xidmətə görə” medalı ilə təltif edib.

Bu ərəfədə Daxili İşlər Nazirliyi daha bir üçüncü etirazçının öldüyünü təsdiqləyb.

Almaniya kansleri Angela Merkel Putinlə telefonla danışaraq Belarus hakimiyyətinin dinc nümayişçilərə qarşı güc tətbiq etməkdən çəkinməli, siyasi məhbusları dərhal azad etməli və müxalifət və cəmiyyətlə dialoqa başlamalı olduğunu vurğulayıb.

Putin isə deyib ki, “böhranın daha da kəskinləşməsinə səbəb olan” Belarusun daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir.

aleksandr lukaşenko

İsveçdən rəsmi Minskə: “Pul olmayacaq”

İsveç Belarusa yardım üçün ayırdığı 3 milyon dolları dondurub, İsveç naziri Peter Eriksson bildirib.

Bu vəsait Belarus Mərkəzi Bankı ilə əməkdaşlıq sahəsində və iki ölkənin iş birliyinə dəstəklə bağlı iki proqram üçün nəzərdə tutulmuşdu.

Ericsson İsveçin “indi küçələrdə olan və dəyişiklik tələb edənlərə” kömək etmək istədiyini söyləyib. O, hərəkətin “rejim üçün vacib bir siqnal” olduğunu düşünür.

Minskdə trantor fabrikinin qarşısında etirazlar 17 avqust
Şəklin alt yazısı,Minskdə traktor fabrikinin qarşısında etirazlar

Aleksandr Lukaşenko: “Rusiyanın daha çox reaksiya verməsini istəyirsiniz? Ancaq mən istəmirəm”

Yenidən Prezident seçilmiş Aleksandr Lukaşenko deyib ki, o, müxalifətə seçkidəki səslərin yenidən sayılmasını təklif etsə də, imtina cavabı alıb. Bundan əvvəl Svetlana Tixanovskayanın qərargahı “bütün əsl bülletenlər məhv edildiyi üçün” səslərin yenidən sayılmasının “mənasız” olduğunu bildirmişdi.

Lukaşenkonun baş çəkdiyi fabrikdə üç nəfərin saxlanıldığı deyilir. Dövlət televiziyasının yaydığı məlumatda onların Lukaşenkoya qarşı “təxribat hazırladığı” iddia olunur. Bu təxribat isə fabrikdə “insanlara nə qışqırmağı öyrətmək” olub.

“Belarus 1” kanalı Aleksandr Lukaşenkonun Minskdə getdiyi fabrikdəki çıxışından görüntülər verib.

O, Rusiyanın Belarusdakı hadisələrə reaksiya ehtimalından danışıb.

“Bu seçkiləri, onların nəticələrini yenidən gözdən keçirməyəcəyik. Çünki bu tələb nə sizin, nə işçilərin tələbi deyil. Bu, yuxarıdan gələn tələbdir. Siz hələ Rusiya ilə Qərb arasında bir sanitariya kordonu yaratmağın lazım olduğunu nümayiş etdirmək üçün Vilnüsdən Kiyevə bir neştər kimi qoyulacaqsınız. Hesab edin ki, Rusiyaya qarşı. Siz bəyəm Rusiyanın daha çox reaksiya verməsini istəyirsiniz? Ancaq mən istəmirəm,” – Lukaşenko çıxışında deyib.

Bazar ertəsi bir çox insan müvəqqəti saxlanma yerlərinin qarşısına toplaşaraq saxlanılanların sərbəst buraxılmasını tələb edib.

Piket iştirakçılarının görüntülərini yayımladığına görə, Jodinskiy telekanalının direktoru Elşad Əkbərov işdən çıxarılıb, İnterfaks bildirib.Paylaşımını ötürün YouTube, 2

Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 2

Video açılmırsa, YouTube kanalımızda izləyin.

BBC