Rusiya vətəndaşları Qarabağı tərk edir – Minus 44

Rusiya “sülhməramlıları” ötən gün Qarabağda olan 44 Rusiya Federasiyası vətəndaşını Qarabağdan Ermənistana aparıblar. Bu barədə yanvarın 30-da Sputnik-Ermənistan agentliyi məlumat yayıb.

İnsanların çıxarılması “Azərbaycan tərəfi ilə razılaşmalar çərçivəsində” həyata keçirilib. 44 nəfər arasında 7 uşaq olub.

Eyni mənbəyə görə, yanvarın 17-də “sülhməramlılar” artıq 60-dan çox Rusiya vətəndaşını Qarabağdan təxliyə ediblər.

Xatırladaq ki, bu gün Qırmızı Xaç daha 19 nəfəri Qarabağdan Ermənistana aparıb.

 

Basta