Türkiyədə zəlzələ qurbanlarının sayı sürətlə artır – Yenilənib
Türkiyənin Kahramanmaraş şəhərində baş verən və Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində böyük dağıntılara səbəb olan zəlzələ qurbanlarının sayı artmaqdadır.
Çərşənbə günü saat 14:30-a olan məlumata görə, Türkiyədə ölənlərin sayı 8574-ə çatıb. Yaralıların sayı isə 49 133 nəfərdir.
CNNTürk xəbər verir ki, dağılan binaların sayı 6444-dür.
***
AFAD-ın saat 09:34-də yaydığı son açıqlamaya görə, indiyədək zəlzələlərdə 6 min 234 nəfər həyatını itirib, 37 min 11 nəfər isə yaralanıb. Dağılan binaların sayı isə 5 min 775 olaraq qeyd edilib.
Məlumatda bildirilir ki, axtarış qurtarma qruplarına 79 min 110 nəfər səfərbər edilib. Həmçinin Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində yardım üçün digər ölkələrdən 5 min 309 nəfər fəlakət bölgəsinə göndərilib.
Basta