Rusiya döyüşə cinayətkarları göndərir
Rusiya Ukraynaya qarşı müharibəyə məhbusları göndərir.
Prezidenti Vladimir Putinin dostu Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi şirkəti on minlərlə məhbusu “işə götürüb”.
“Arka Bars” qeyri-hökumət təşkilatının rəhbəri Olqa Romanova Rusiyada məhbusların vəziyyəti ilə bağlı bəzi təəcüblü statistikaları açıqlayıb.
“Bizim məlumatlarımız göstərir ki, dekabrın sonunadək 42-43 min dustaq işə götürülüb. Artıq bu, yəqin ki, 50 mindən yuxarıdır”, – deyə, o, “My Russian Rights” tərəfindən yayımlanmış videomüsahibədə bildirib.
“Həmin saydan 10 min nəfər hazırda cəbhədə döyüşür. Çünki qalanları ya öldürülüb, ya yaralanıb, ya da təslim olub”, – Romanova əlavə edib.
“Reuters” yazır: “Bir neçə aydır ki, “Vaqner” hərbi birləşməsi Ukraynanın Donetsk vilayətinin Baxmut və Soledar şəhərlərini ələ keçirmək üçün qanlı döyüşlər aparır. Qərb və Ukrayna rəsmiləri bildiriblər ki, Ukraynanın müdafiəsini üstələmək üçün məhkumlardan qurbanlıq ət kimi istifadə edilir”.
Ukrayna prezidenti Volodimir Zelenskinin məsləhətçisi
Podolyakın məlumatına görə, Ukraynada döyüşmək üçün 38 244 rusiyalı məhkum çağırılıb. Onlardan 29 543-ü Ukrayna ordusu tərəfindən ya öldürülüb, ya əsir götürülüb, ya da yaralanıb”, – “The Kiyv Independent” yazıb.
Podolyak “Vaqner”in “işə götürdüyü məhkumların təxminən 77%-ni itirdiyini iddia edib.
“Vaqner”in keçmiş zabiti Andrey Medvedev CNN-ə bildirib ki, komandirlər tez-tez döyüşmək istəməyən məhbusları sadəcə öldürürlər: “Döyüşə getməkdən imtina edən iki məhbus gətirdilər. Onları hamının gözü qarşısında güllələyib, əsgərlərin qazdığı xəndəklərdə basdırdılar”.
Heybət Əmrah
Basta