Məhkəmə Zamin Salayevi həbsdə saxlayıb

Bu gün Qaradağ Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Salayev azad edilməsi tələbilə 52 gündür aclıq edir.

Vəkil Nemət Kərimli bildirib ki, Salayev ağır vəziyyətdə olmasına baxmayaraq, məhkəməyə aparılıb.

Müdafiə tərəfi qərardan şikayət etmək niyyətindədir.

*Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayevi xuliqanlıq ittihamı ilə həbs edib. Onu 5 ilədək həbs cəzası gözləyir.