Bayden dünyada avtokratiyanın çökməsindən danışdı: “Dönüş nöqtəsindəyik”
Çərşənbə günü prezident Co Bayden ikinci Demokratiya sammitini nikbin proqnozla açaraq bildirib ki, liderlər uzun illər demokratik institutların geri çəkilməsinin qarşısının alınmasında “vəziyyəti dəyişdiriblər” və gələn il bütün dünyada demokratik proqramların aktivləşməsi üçün 690 milyon dollar ayrılacağını vəd edib, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.
“Vəziyyəti dəyişdirəcəyik. Bu gün qürurla deyə bilərik ki, dünyada demokratiyaları zəifləmir, güclənir… Avtokratiyalar isə zəifləyir, güclənmir. Bu, bizim səylərimizin birbaşa nəticəsidir”, – Bayden deyib.
“Tez – tez dediyimiz kimi, tarixin dönüş nöqtəsindəyik, bu gün qəbul edilən qərarlar, şübhəsiz ki, növbəti bir neçə onillikdə dünyadakı hadisələrin gedişatına təsir edəcək”, – o əlavə edib.
Ağ Ev işarə edib ki, Vaşinqton “texnologiyanın demokratiyaya qarşı yox, onun üçün işləməsini” istəyir. O həmçinin insan hüquqlarının və transmilli kiberhücum təhlükəsilə üzləşən fəal qruplarının müdafiəsi üzrə iş məqsədilə ABŞ-ın kibertəhlükəsizlik və infrastruktur təhlükəsizliyi Agentliyinin doqquz digər ölkə ilə əməkdaşlıq etmək planlarını elan edib.
Böyük Britaniya Avstraliya, Kanada, Danimarka, Estoniya, Fransa, Yaponiya, Yeni Zelandiya və Norveçlə birlikdə layihənin rəhbərlərindən biridir.
Həmin gün Yunanıstanın Milli Günü münasibətilə Ağ Evdəki qəbulda çıxış edən Bayden deyib ki, tarix boyu “hər nəsil bu dəyərləri demokratiyanın düşmənlərindən müdafiə etməli və qorumalıdır”.
“Demokratiyada avtomatik heç nə yoxdur…Və biz bunu İkinci Dünya Müharibəsi zamanı Yunanıstan və Birləşmiş Ştatların faşizmlə mübarizə apararkən gördük. Biz bunu soyuq müharibə dövründə, xalqımız kommunizmə qalib gəlmək üçün bir araya gəldiyində gördük. Baxın, uzun illər əvvəl Yunanıstan və Amerika vətənpərvərlərinin uğrunda mübarizə apardığı eyni dəyərlər: azadlıq, ləyaqət, demokratiya uğrunda bu gün də Ukraynanın cəsur xalqı mübarizə aparır və xalqlarımız bu mübarizəni dəstəkləmək üçün birləşir” – Bayden deyib. 0