Xaçmazda 38 yaşlı qadın özünü asdı

Bu gün axşam saatlarında Xaçmaz rayonunun Palçıqoba kənd sakini Hacıyeva Elzarə yaşadığı evdə özünü asaraq intihar edib.

Yaxın qohumların saytımıza verdiyi məlumata görə, o, özünə ailə münaqişəsi zəminində qəsd edib. Məlumata görə, dünən Elzarənin həyat yoldaşı Rövşənin ad günü olub. Bu gün isə ailədə narazılıq, söz-söhbət yaranıb.

Elzarənin cənazəsi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib. Yaxın qohumları Elzarəni torpağa tapşırmaq üçün ata evinə, Xudatkəndə aparıblar.

Ailənin beş yaşlı oğlan uşağı var.

Hadisənin baş vermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Heybət Əmrah,

Basta2.com