İlqar Məmmədov: “Partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu
Ədliyyə Nazirliyindən REAL partiyası olaraq rəsmi cavab aldıq.
Bunu partiyanın sədri İlqar Məmmədov özünün teleqram kanalında yazıb: “Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərimin adı “keçərli” oldu”.
“Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq. Bu haftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik” -deyə, İlqar Məmmədov bildirib.
Basta