Müsavat Elçibəyin məzarını ziyarət edib
***
Avqustun 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, İcra Aparatının rəhbəri Gülağa Aslanlı əvvəlcə görülən işlər barədə məlumat verib.
Başqan müavini Razim Əmiraslanlı partiya üzvlərinin siyahılarının yenidən Ədliyyə Nazirliyinə təqdim olunduğunu bildirib.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra ölkədə və regionda baş verən hadisələr, o cümlədən Qarabağ regionunda yaranmış vəziyyət barədə müzakirələr aparılıb.
İclasda partiya üzvlərinin və rəhbərliyinin sabah( 22 avqust ) saat 12-də Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı Fəxri Xiyabanda məzarını ziyarət etməsi ilə bağlı qərar qəbul edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta2.com