AXCP sədrinin mühafizəçisi həbs edilib
Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Kənan Zeynalov inzibati qaydada 25 sutka həbs olunub.
Partiyadan Turan-a bildiriblər ki, oktyabrın 5-də mülki geyimli şəxslər Zeynalovu saxlayaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsinə aparıblar. Orada İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polisin qanuni tələbinə tabe olmamaq) protokol tərtib edilib. Bundan sonra fəalı Suraxanı Rayon Məhkəməsinə aparıblar və məhkəmə onu 25 sutka həbs edib.
AXCP Kənan Zeynalovun həbsini “siyasi motivli” adlandırıb.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.