“Donskoy” yox, “Donskiy” yazılacaq – Ukrayna hökuməti rus soyadlarının yazılış qaydalarını dəyişdirir

Ukrayna hökuməti 2019-cu il mayında “Ukrayna dilinin dövlət statusu ilə bağlı konstitusiya müddəalarını təmin etmək” üçün Ukrayna orfoqrafiyasına yeni qaydalar tətbiq edilməsini təsdiqləyib. Bu qaydalara görə “-oy” ilə bitən soyadlar Ukrayna dilində “-iy” sonluqları ilə əvəz ediləcək.

 

Beləliklə, yeni qaydalara uyğun olaraq Ukraynadakı “Donskoy” soyadı “Donskiy”, “Trubetskoy” “Trubetskiy” kimi yazılacaq. Tolstoy istisna olaraq qalır.
Əsas yeniliklər arasında, xüsusən “th” hərf birləşməsi olan yunan mənşəli sözlərin yazılışında idi. Belə sözlər indi yalnız “f” hərfi ilə deyil, həm də “t” hərfi ilə yazılacaq. Yəni “mif” əvəzinə “mit”, “anafema” əvəzinə “anatema” və s. Bundan əlavə, dilə qadın cinsindən olan bəzi sözlərdə dəyişikliklər tövsiyə edilmişdi.

Lakin Kiyev Rayon İnzibati Məhkəməsi bu il yanvarın 28-də yeni orfoqrafiya qaydalarının tətbiqi barədə qərarı ləğv edib. Bu barədə vəkil Rostislav Kravets Ukraynanın “Strana” qəzetinə bildirib.

Ukrayna Nazirlər Kabineti məhkəmənin yeni orfoqrafiya qaydalarını ləğv etməsi barədə qərardan apellyasiya şikayəti verib.

 

Heybət Əmrah

Basta