Dağıstanda kütləvi iğtişaşlar: azı 20 nəfər yaralanıb
Bazar ertəsi gecə Mahaçqala aeroportu qırğınçılardan azad edilib. Təhlükəsizlik qüvvələri ilə toqquşmalardan sonra 2000-ə yaxın insan çölə çıxarılıb.
Hava limanına ciddi ziyan dəyib, mümkün olan hər şey dağıdılıb və talan edilib. Mülki və polis arasında yaralananlar var. İslamçılardan bəziləri saxlanılıb. Hakimiyyət təşkilatçıların axtarışına başlayıb.
Təyyarələr içərisində gizlənən israillilərin taleyi bəlli deyil. Bəzi məlumatlara görə, onlar hələ də müxtəlif reyslərlə Mahaçqalaya gələn təyyarələrin içərisindədirlər.
Dağıstanda yaşayan dağ yəhudiləri bu respublikanı tərk etməyə hazırlaşırlar. Mahaçqalada 400 yəhudi ailəsi var.
Bəzi məlumatlara görə, Xasavyurt şəhərində iğtişaşlar başlayıb. Şəhərin küçələrində hərbi texnika peyda olub.
* * *
2023 Oktyab 29 (Bazar) 23:50:41
Bir qrup israilli təyyarədə iğtişaşçılardan gizlənib
İsrail mətbuatının məlumatına görə, bazar günü axşam Tel-Əvivdən Mahaçqalaya gələn təyyarədə Rusiya və İsrail vətəndaşları olub. Rusiyalılarlar müalicədən sonra Dağıstana qayıdırdılar. Onları hava limanından çıxarmaq üçün avtobusa mindiriblər, lakin islamçılar onları saxlayıb dindirməyə başlayıblar.
İsrail təhlükəsizlik xidməti bildirir ki, israillilər təyyarədə qalıb və təhlükəsizliklərindən qorxaraq təyyarəni tərk edə bilmirlər. Həmin şəxslərin Moskvaya başqa reyslə göndəriləcəyi gözlənilir. -0-
* * *
2023 Oktyab 29 (Bazar) 21:55:12
Mahaçqalada islamçılar hava limanını ələ keçirərək yəhudiləri axtarırlar
Bakı/29.10.23/Turan: Rusiyada antisemitizm təbliğatı öz bəhrəsini verir. Bazar günü axşam saatlarında bir neçə yüz islamçı Dağıstanın paytaxtı Mahaçqalada hava limanını ələ keçirib və gələnlər arasında yəhudiləri axtarır və “şübhəli” şəxslərin pasportlarını alib onları dindirir.
Bildirilir ki, hava limanı bağlanıb və Təl-Əvivdən Dağıstana uçuşların buraxılmaması tələbi var.
Göründüyü kimi, yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edə bilmir. -0-