Paşinyan: “Azərbaycanla razılığa gəlmişik, tezliklə sənəd imzalana bilər”

“Azərbaycanla sülh müqaviləsi üzrə üç əsas prinsip razılaşdırılıb”.

Ermənistan mətbuatının məlumatına görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsipin razılaşdırıldığını nəzərə çatdırıb.

Onun sözlərinə görə, tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarlarsa, sənəd tezliklə imzalanacaq.

Oxu.az