Moskva Azərbaycanla Ermənistan arasında sülh danışıqlarından kənarda qalmaq istəmir
Moskva Bakı və Yerevan arasında münasibətləri tənzimləmək üçün onlarla əlaqə saxlayır, hazırda sülh müqaviləsi hazırlanır.
Bu barədə RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rossiya” sərgi-forumu çərçivəsində “Znanie” (“Bilik”) cəmiyyətinin marafonundakı çıxışında bildirib.
“Qarabağ problemi ilə əlaqədar Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır”, deyə TASS Patruşevdən sitat gətirir.
Qeyd edək ki, bundan əvvəl rəsmi Bakı Gürcüstanın vasitəçiliyə Ermənistanla saziş imzalamağa hazır olduğunu bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan isə danışıqlarda üç əsas prinsip üzrə razılığın əldə olunduğunu bildirib. Belə bir durumda Patruşevin bu açıqlaması Kremlin Azərbaycanla Ermənistan arasında danışıqlardan kənarda qalmaq istəmədiyini göstərir.