Müsavat Avropa Kordinasiya Mərkəzinin rəhbərliyi Almaniya Bundestaqının deputatı ilə görüşdü

Müsavat Avropa Koordinasiya Koordinasiya Mərkəzinin sədri Nurlan Əliyev və Koordinasiya Şurasının üzvü Anar Əliyev Almaniya Bundestaqının üzvü,  Azad Demokratik Partiyasından (FDP) olan deputat Nico Tippelt ilə görüşüb.

Bu haqda Bastaya Müsavat AKM-in sədri Nurlan Əliyev məlumat verib.

Bildirilir ki, N.Tippelt həm də Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvüdür.

Görüşdə Azərbaycandakı siyasi vəziyyət müzakirə edilib. Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının qanunsuz həbsi, Azərbaycanda Azad media nümayəndələrinə qarşı hakimiyyətinin son repressiv hərəkətləri, AbzasMedia və Kanal13 kimi media organlarının rəhbərlərinin həbsi ilə bağlı deputata məlumat verilib.

Görüşdə həmçinin Azərbaycan -Ermənistan Münaqişəsi, müharibədən sonra vəziyyətin normallaşdırılması, regionda sülhün bərqərar edilməsi üçün atıla biləcək addımlar müzakirə edilib.

“Alman deputata Qafqazda sülhün bərqərar edilməsi yolunun hər üç Cənubi Qafqaz respublikalarında demokratiyanın bərpasından keçdiyini xüsusi olaraq vurğuladıq. Həmçinin Rusiyanın Qafqazda var olduğu müddətcə hansısa sülh prosesindən danışmağın yersiz olduğunu qeyd etdik. Rusiyanın Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına ,ümumiyyətlə Qafqazda sülhün bərqərar edilməsi üçün maneə olduğunu vurğuladıq. Görüşdə həmçinin bundan sonra Avropa arenasında Azərbaycanla və Qafqazla bağlı müzakirələr zamanı bizlərin də fikirlərinə və təkliflərinə yer verilməsi üçün daimi olaraq FDP nümayəndələri ilə əlaqələrin qurulmasının vacibliyi qeyd etdik. Cənab deputat partiyasının bu təkliflərə maksimum dərəcədə dəstək olması üçün əlindən gələni edəcəyini qeyd edib ” – deyə, Nurlan Əliyev bildirib.

Basta