Polisin qanunsuz hərəkəti ilə bağlı müsavatçının şikayəti araşdırılır

 

Sədərək ticarət mərkəzində özünü polis kimi təqdim edərək vətəndaşları qanunsuz olaraq cərimələmək istəyən şəxsin qanunsuz hərəkəti ilə bağlı şikayət araşdırılır. Həmin insident üzrə şikayətçi, Müsavat Gənclər Təşkilatının sədr müavini Əziz Məmiyev bu gün Qaradağ Rayon Polis İdarəsinə çağırılaraq izahatı alınıb. Bu haqda “Basta”ya o özü məlumat verib.

 

“Mən də Daxili Işlər Nazirliyinin 102 xidmtinə müraciət etmişdim. Bu gün Qaradağ polisinə çağırılmışam. Deyirlər ki həmin polisi tapıblar, 10-cu bölmənin əməkdaşı Hafiz Cəbrayılovdu”.

 

Əziz Məmiyev

 

Xəbər verdiyimiz kimi, martın 23-də Sədərək ticarət mərkəzində  mülki formada olan şəxs özünü polis kimi təqdim edərək Əziz Məmiyevi “maskadan düzgün istifadə etmədiyinə görə” cərimələmək istəyib. Müsavatçı gənc maskada olduğunu bildirib, DIN-in 102 çağrı mərkəzinə zəng edərək qanunsuzluqla üzləşdiyini bildirib, paralel olaraq feysbukda canlı yayıma başlayıb. 102 xidmətinə zəng vurulduğunu görən şəxs hadisə yerindən qaçıb.

 

Basta