Rusiyanın neft gəlirləri təqribən iki dəfə azalıb
Müharibə başlayandan sonra Rusiyanın neft gəlirləri təqribən iki dəfə azalıb. Rəsmi rəqəmlərə görə, müvafiq sanksiyalara qədər neftdən ayda 22 milyard dollar gəlir əldə edən Rusiya indi təqribən 11 milyard dollar əldə edir. Rəsmi statistikanı əks etdirən cədvəldən görünür ki, iyunda Rusiyanın neftdən gəliri 11,8 milyard təşkil edib.
Bundan sonra Rusiyanın gəlirləri daha da azalıb. Ötən həftə “Bloomberg” yazır ki, oktyabrda Rusiyanın neftdən gəliri 11,3 milyard dollar təşkil edib. Bu rəqəm Rusiyanın büdcə gəlirlərinin 31 faizini təşkil edib. Ardınca yazır ki, bu göstərici (yəni büdcə gəlirlərində neftin 31 faizlik payı) müharibədən əvvəlki dövr də nəzərə alınmaqla rekord göstəricidir. Yəni, Rusiyanın neft gəliri artmayıb, əksinə azalıb, amma digər gəlirləri daha cox azaldığı üçün Rusiyanın neftdən asılılığı da artıb. Rusiya propaqandası “bu göstərici artıb” ifadəsini manipulyasiya edərək, ölkənin neft gəlirlərinin guya rekord həddə çatdığı barədə təbliğata başlayıb.
M.Hacıbəyli