Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb
Keçmiş siyasi məhbus Əfqan Muxtarlı hazırda həbsdə olan Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun qanunsuz həbsinə etiraz olaraq Almaniyada, Bundestaqın binası qarşısında aclıq aksiyasına başlayıb.
Alman polisi aksiyanın keçirilməsinə rəsmi icazə verib.
“Tələblərimiz Tofiq Yaqublu və digər siyasi məhbuslar dərhal azad edilməsi, Almaniya Federatif Respublkası və digər AB dövlətləri Əliyevlər ailəsinə və yüksək vəzifəli Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi və Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərin Almaniyada və Avropa Birliyindəki bank hesablarına və əmlaklarına həbs qoyulmasıdır” – deyə, Əfqan Muxtarlı bildirib.
.
.
Basta