Arif Hacılı: “Avropa Parlamenti Tofiq Yaqublunun işi üzrə qətnaməyə baxacaq”

Bazar ertəsi Müsavat Partiyasının qərargahında Tofiq Yaqublunun müdafiəsi üzrə İctimai Komitənin iclası keçirilib. Komitənin rəhbəri, Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli Turan-a bildirib ki, T.Yaqublunun hüquqlarının fəal müdafiəsi, onun aclıq etməsi barədə beynəlxalq strukturların məlumatlandırılması üçün   partiya üzvlərindən və vətəndaş cəmiyyəti fəallarından ibarət işçi qrup yaradılıb.

Qrupa hüquq müdafiəçiləri Rüfət Səfərov, Zəfər Əhmədov, Arzu Abdulla də daxil olublar.

Müsavat Partiyasının rəhbəri Arif Hacılı deyib Avropa Parlamentinin b ALDE fraksiyası T.Yaqublunun azadlığa buraxılması tələbilə qətnamə qəbul edib və onu Avropa Parlamentinə təqdim edəcək.

Vəkil Nemət Kərimli bildirib ki, T.Yaqublunun səhhəti pisləşib. O həmçinin bildirib ki, T.Yaqublunun həyatına təhlükə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət göndəriləcək. Prosedura uyğun olaraq Avropa məhkəməsi bir neçə gün ərzində bu müraciətə dair qərar qəbul etməlidir.

Bundan əlavə, sentyabrın 7-dən Müsavat Partiyasının mənzil-qərargahında T.Yaqubluya həmrəylik aclığı davam etdiriləcək.

Əsasən AXCP üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov, Elnur Məmmədov altı gündür ki, burada aclıq edirlər. Bundan əlavə, bu gün Müsavat Partiyasının üzvü  Elman Quliyev də aksiyaya qoşulub.

Turan