Aİ Ukraynaya 50 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəldi
Avropa İttifaqının bütün 27 ölkəsi Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb.
Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.
“Biz razılaşdıq. 27 liderin hamısı Aİ büdcəsinin bir hissəsi kimi Ukraynaya əlavə 50 milyard dəstək paketi barədə razılığa gəlib. Bu, Ukrayna üçün daimi, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edir”, – Mişel yazıb.
O əlavə edib ki, Aİ Ukraynanı dəstəkləmək üçün “liderliyi və məsuliyyəti” öz üzərinə götürür.
“Biz təhlükənin nə olduğunu bilirik” – deyə, Aİ rəhbəri əlavə edib.
Bildirilir ki, Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya 50 milyard avro yardımın ayrılmasına razı olduğunu təsdiqləyib. Bu, onun ötən gün İtaliya, Fransa və Almaniyanın baş nazirləri ilə görüşlərindən sonra baş verib.
“The Guardian” yazır ki, Aİ liderləri Kiyevə iqtisadi yardım planını hər il müzakirə edəcəkləri və “lazım gələrsə” iki ildən sonra ona yenidən baxılacağı barədə razılığa gəliblər.
Aİ-nin qərarını Ukrayna prezidenti Vladimir Zelenski alqışlayıb.
Basta