Navalnını həbsxanada basdırmaq istəyirlər – Anası təhdidlə üzləşdi
Müstəntiqlər Rusiya həbsxanasında müəmmalı şəkildə ölən siyasətçi Aleksey Navalnının anası Lyudmila Navalnaya ultimatum qoyublar: ya o, gizli dəfnlə razılaşır, ya da müxalifətçi koloniyada dəfn olunacaq. Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat verib.
“Bir saat əvvəl müstəntiq Alekseyin anasına zəng edərək ona ultimatum verib. Ya 3 saat ərzində o, publik vidalaşma olmadan gizli dəfn mərasiminə razı olacaq, ya da Aleksey koloniyada dəfn olunacaq. Lyudmila Navalnaya İstintaq Komitəsi ilə danışıqlardan imtina edib. Oğlumu necə və harada basdıracağına qərar vermək səlahiyyətinə malik deyil”, – Yarmış vurğulayıb.
“Onlar dəfn mərasiminin kütləvi olacağından qorxurlar: qəhrəman tabutda yatır, ona çiçək gətirirlər.” İvan Jdanov – hakimiyyətin Navalnının cəsədini qohumlarına verməkdən imtina etməsinin bu motivlə əlaqələndirib.
Onun sözlərinə görə, Lyudmila Navalnaya hakimiyyətdən qanuna əməl olunmasını və meyitin iki gün ərzində ona təhvil verilməsini tələb edir.
“Onun imzaladığı tibbi sənədlərə görə, bu iki gün sabah başa çatır. O israr edir ki, hakimiyyət dəfn və anım mərasiminin adət-ənənələrə uyğun keçirilməsinə icazə versin”, – Navalnının həmkarı İvan Jdanov bildirib.
Bir gün əvvəl Lyudmila Navalnaya İstintaq Komitəsi əməkdaşlarının ondan siyasətçinin gizli dəfninə razılıq verməsini tələb etdiyini bildirən videomüraciət yazmışdı.