Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini qəbul etdi. Siyahıda Türkiyə şirkətləri də var

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasının ikinci ildönümü ərəfəsində Avropa İttifaqı 13-cü sanksiyalar paketini qəbul edib. Bu haqda “Nastiyaşeye vremya” məlumat yayıb. 

Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhlükə yaradan hərəkətlərə görə məsuliyyət daşıyan daha 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək, press-relizdə deyilir. Onların arasında Çin, Hindistan, Qazaxıstan, Serbiya, Türkiyə, Tailand və Şri-Lanka şirkətləri var.

Sanksiyalar ilk növbədə hərbi və müdafiə sektorlarına və əlaqəli qurumlara, o cümlədən KXDR-dən Rusiyaya silah tədarükü ilə məşğul olanlara yönəlib. Siyahıya Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam, həmçinin Şimali Koreyadan silah daşınması ilə bağlı 10 Rusiya şirkəti və fiziki şəxslər də daxil edilib.

Basta