Navalnının cənazəsi nəhayət anasına verildi
Həbsxanada müəmmalı şəkildə həlak olan Rusiya müxalifətinin lideri Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnaya verilib. Bu barədə onun həmkarı Kira Yarmış öz Tvitter hesabında məlumat verib.
“Alekseyin cənazəsi anasına verildi. Bizimlə birgə bunu tələb edən hər kəsə təşşəkkürlər. Hələlik Lyudmila İvanovna Salexarddadır. Dəfn hələ qarşıdadır. Biz bilmirik ki, hakimiyyət onun həyata keçirilməsinə mane olacaqmı? Ailənin istədiyi şəkildə və Alekseyin layiq olduğu kimi mərasimə imkan veriləcəkmi? Məlumat əldə olunduqca sizə bildirəcəyik” – deyə, Yarmış yazır.
Fevralın 22-də Lyudmila Navalnaya videomüraciət yazaraq, oğlunun cəsədinin ona göstərildiyini bildirib, həmçinin hakimiyyətin müxalifətçini gizli şəkildə dəfn etmək niyyətini açıqlayıb.