Zelenski: “İki il ərzində müharibədə Ukraynanın 31 min, Rusiyanın isə 180 min hərbçisi həlak olub”

Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 31 min Ukrayna hərbçisi həlak olub. “Meduza” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O, yaralı və itkin düşən hərbçilərin sayını açıqlamayıb.

Prezident Rusiyanın müharibədəki itkilərini də dəyərləndirib. Zelenskinin sözlərinə görə, iki il ərzində davam edən döyüşlərdə 180 min Rusiya hərbçisi həlak olub. O əlavə edib ki, yaralılar da daxil olmaqla, Rusiya ordusunun itkiləri ümumilikdə 500 min nəfər təşkil edir.

Basta