Almaniyalı deputat Berlində aclıq aksiyası edənlərlə görüşdü – Foto
Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsinə etiraz əlaməti olaraq keçmiş siyasi məhbus, araşdırmaşı jurnalist Əfqan Muxtarlının Almaniyanın Berlin şəhərində Kansler Angela Merkelin ofisinin qarşısında təşkil etdiyi aclıq aksiyası davam edir.
Sentyabrın 11-də almaniyalı deputat Ftrank Heinrich aksiya iştirakçıları ilə görüşüb
Bu barədə məlumatı Əfqan Muxtarlı öz facebook səhifəsində yazıb: “Almaniyanın deputat Frank Heinrich bizimlə görüşdü. Tofiq Yaqublu və Azərbaycandakı vəziyyət barədə ətraflı söhbət etdildi”.
F.Heinrich Almaniya Kansleri Angela Merkelin təmsil olunduğu Xristian Demokratlar Partiyasının (CDU) nümayəndəsidir.
Xatırladaq ki, Tofiq Yaqublu məhkəmə qərarı ilə 4 il 3 ay müddətinə həbs edilib. O, məhkəmə hökmününün sifarişli olduğunu bəyan edib və buna etiraz əlaməti olaraq artıq 11 gündür aclıq aksiyası keçirir.
Azad Tv