Toplum TV-nin 6 əməkdaşı qaçaqmalçılıqda şübhəli bilinir
Toplum TV-nin Bakı şəhər Baş Polis İdarəsində saxlanılan əməkdaşları və təcrübəçiləri Pərvanə Qurbanlı, Alya Ağayeva, Ceyhunə Həsənli (qrafik-dizayner, təcürbəçi), Cəmilə Əzimova, Fidan Əlicanova, Cavid Ramazanov, Gülyetər Mahmudova, Samir Ağazadə, Sadiq Məmmədov sərbəst buraxılıb.
Bu barədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayılova Turana bildirib.
Onun sözlərinə görə, hazırda Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Akif Qurbanov, Ruslan İzzətli, Əli Zeynal, İlkin Əhmədov, həmçinin Toplum TV-nin əməkdaşları Taleh Bədəlov, Xanlar Əlizadə, Müşfiq Cabbarov və Fərid İsmayılzov polisdə saxlanılır.
Toplum Tv əməkdaşı Fərid Ismayilova Cinayət Məcəlləsinin 206.3.2 – qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.
Onun sözlərinə görə, İsmayılov bəzi sənədləri imzalamaq üçün ona psixoloji və fiziki təzyiq göstərildiyini bildirib. O, imtina edib. Müdafiə tərəfi şikayət verəcək.
Son məlumata görə,Toplum TV ilə bağlı işdə Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov, İlkin Əhmədov 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə açılmış cinayət işi ilə bağlı şübhəli şəxs qismində saxlanılıb.