ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan razılaşmasını alqışlayıb
“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata bəyannaməsini əsas tutaraq razılaşdıqlarını açıqlamalarını alqışlayırıq”.
Bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinken X platformasında bildirib.
“Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, deyə Dövlət katibi aprelin 19-da Azərbaycan və Ermənistan sərhəd komissiyası Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığa reaksiya verib.