ABŞ Konqresi Ukrayna və İsrail üçün yardım paketini nəhayət təsdiqlədi
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail, Tayvana və Hind-Sakit okean regionundakı digər müttəfiqlərə yeni yardım paketinin ayrılmasına dair qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Qəzzaya humanitar yardımın göstərilməsini də nəzərdə tutur. Ayrılan vəsaitin ümumi məbləği 95 milyard dollardır.
Ukraynaya 60,84 milyard dollar ayrılıb: Ukraynada davam edən hərbi əməliyyatların dəstəklənməsinə təqribən 52 milyard dollar veriləcək; həmçinin iqtisadiyyatı dəstəkləmək üçün Ukraynaya 7,85 milyard dollar kredit də veriləcək.
İsrailə 26 milyard dollar ayrılacaq. Bu məbləğin 9,1 milyardı müharibə bölgələrində, o cümlədən Qəzza zolağında mülki əhalinin humanitar ehtiyacları üçün nəzərdə tutulub.
8,12 milyard dollar Hind-Sakit okean regionu və “kommunist Çinlə qarşıdurma” üçün nəzərdə tutulub.
Nümayəndələr Palatası həmçinin dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsini təsdiqləyib.
Bundan başqa, qanun layihəsində Rusiya, Çin və İrana qarşı yeni sanksiyaların tətbiqi imkanları da yer alıb.
Basta