ABŞ səfiri Şuşaya səfər edib

Mayın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqifin məqbərəsi ilə tanış olmağı, Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, məlumatda deyilir.