Ukrayna Rusiyanın Xəzər dənizindəki hərbi gəmilərini vurub
Noyabrın 6-da Ukrayna qüvvələri ilk dəfə olaraq Dağıstan Respublikasının Kaspiysk şəhərindəki Rusiya hərbi-dəniz bazasına zərbələr endirib. “Ukrainska pravda” İSW-yə istinadən xəbər verir ki, Rusiya Xəzər donanmasının bir neçə hərbi gəmisinə ziyan vurulub.
Qeyd olunur ki, limanda yerləşən bir neçə freqatlara da ziyan dəyib.
Məlumata görə, Dağıstan Respublikasının rəhbəri Sergey Melikov Rusiya qoşunlarının Xəzər dənizi üzərində Ukraynaya məxsus PUA-ları vurduğunu deyib, lakin hücumun hansı nəticələrə səbəb olduğunu açıqlamayıb.
Noyabrın 6-da əldə edilən peyk görüntüləri hücum günü limanda ona yaxın hərbi gəmi və freqatların, o cümlədən “Buyan” və “Buyan-M” tipli beş gəminin olduğunu təsdiqləyir.