Orban hesab edir ki, ABŞ-da demokratlar uduzduğu üçün Avropa Rusiyaya təslim olmalıdır

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ABŞ prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Avropa İttifaqı Ukraynaya dəstəyini yenidən nəzərdən keçirməlidir.

“Reuters”in məlumatına görə, Macarıstanın baş naziri bu barədə Budapeştdə Avropanın siyasi sammiti başlamazdan əvvəl jurnalistlərə açıqlama verib.

Viktor Orban deyib ki, Avropa Birləşmiş Ştatlar olmadan “bu müharibəni tək maliyyələşdirə bilməz”.

Müşahidəcilər hesab edir ki, Orban bu bəyanatla faktiki olaraq Avropanın Rusiyaya təslim olmasını təklif edib.