Zelenski: ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırılmayıb
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-dan ölkəyə hərbi yardım axını davam edir. O, bunu Dövlət Departamentinin digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırması ilə bağlı məlumatı şərh edərkən bildirib.
“Bilirəm ki, bəzi məhdudiyyətlər var, onlara ətraflı baxmaq lazımdır. Humanitar proqramlara 90 günlük məhdudiyyət qoyulub… Mən bütün diqqətimi hərbi yardıma yönəltmişəm, Allaha şükürlər olsun ki, dayandırılmayıb” – deyə, Zelenski Moldova prezidenti Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib
Qeyd edək ki, “Politico”nun dünən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Marko Rubio mövcud xarici yardım qrantlarının əksəriyyətinə xərcləri 90 gün müddətinə dayandıran sərəncam verib.