Rusiya səfirliyi qarşısında aksiya zorakılıqla dağıdıldı – Video
Partiyadan verilən məlumata görə, aksiyanın məqsədi Rusiyanın Qarabağda yerləşdirilən hərbi kontigentinin mandatına uyğun olmayan fəaliyyətinə və 9 may günü Xankəndində hərbi paradın keçirilməsinə etiraz etmək olub.
Müsavat başqanı Arif Hacılı azı 10 nəfərin saxlanıldığını bildirib. Saxlanılanlar arasında Gülağa Aslanlı, Arzulla Bulud, Fəridə Ələsgərli, Fərid Hüseynli, Afər Şirvanlı, Arif Bağırzadə, Gülməmməd Abdullazadə, və başqaları var. Onlar 20 və 21-ci polis bölmələrinə aparılıb.
Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev evdən aksiyaya yollanıb, lakin bundan sonra telefonuna zəng çatmır.
Aksiya yerində olan jurnalistlərə də təzyiq göstərilib.
“Rusiyanın Azərbaycandakı işğalçı siyasətinə etiraz edənlərə qarşı xüsusi amansızlıq göstərilir. Yüzlərlə polis Rusiya səfirliyini mühasirədə saxlayır.
Görünür Lavrovun Bakıya səfəri ərəfəsində belə aksiyanın keçirilməsi hakimiyyəti təşvişə salıb” – deyə, Arif Hacılı bildirib.
Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında 8 May 2021-ci il tarixində Müsavat Partiyası tərəfindən təşkil edilən piketin
Q Ə T N A M Ə S İ
Rusiyanın Qarabağda yerləşən hərbi kontingenti, sülhüməramlı missiyaya zidd olan növbəti addımlara hazırlaşır. Rusiya Müdafiə Nazirliyi mayın 9-da Qələbə günü münasibətilə Xocalıda hərbi parad keçirmək niyyətindədir.
Biz, Müsavat Partiyasının təşkil etdiyi piketin iştirakçıları, həmin paradla bağlı hazırlıqların dayandırılmasını və bu tədbirin keçirilməsi haqqında qərarın ləğv olunmasını tələb edirik.
Qarabağ bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb və Rusiya Müdafiə Nazirliyinin orada hərbi parad keçirmək haqqında qərarı beynəlxalq hüququn kobud şəkildə pozulması, habelə müstəqil Azərbaycanın suverenliyinə təcavüz cəhdi kimi qiymətləndirilməlidir.
Biz rəsmi Bakıdan bu məsələdə açıq və prinsipial mövqe nümayiş etdirilməsini, həmin paradın keçirilməsinin qarşısını almaq üçün təsirli tədbirlər görülməsini tələb edirik. Həmçinin dünya birliyindən Rusiya hərbi kontingentinin Azərbaycandakı hərəkətlərinə siyasi və hüquqi qiymət verilməsini tələb edirik.
Rusiya, Qarabağdan əl çək! Qarabağ Azərbaycandır!
Р Е З О Л Ю Ц И Я
пикета перед посольством России в Азербайджане, организованного партией Мусават 8-го мая 2021-года.
Российский военный контингент, размещенный в Карабахе, готовится совершить очередные действия, противоречащие их миссии. Министерство обороны России намерено провести военный парад в Ходжалы по случаю 9 мая – Дня победы.
Мы, участники пикета, организованного партией Мусават требуем остановить подготовку к параду и отменить решение о проведении данного мероприятия.
Карабах – это признанная всем миром неотъемлемая часть Азербайджана, и решение Минобороны России о проведении там военного парада должно быть расценено как грубое нарушение международного права, а также как очередная попытка посягательства на суверенитет независимого Азербайджана.
Мы требуем от официального Баку представить принципиальную позицию и воспрепятствовать к проведению этого мероприятия. Мы также требуем от мирового сообщества дать поолитико-правовую оценку действиям российского военного контингента в Азербайджане.
Россия, прочь руки от Карабаха! Карабах – это Азербайджан!
Баку, 08.05.2021
Basta