Əfv Komissiyası iclas keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

Bu barədə Oxu.Az-a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, komissiyanın bu il ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.

Qeyd edək kı, ölkədə 300-dən artıq siyasi məhbusun olduğu bildirilir.