Müsavat Divanının gündəliyi

Fevralın 10-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Müsavat fəalı Natiq Ulubəyin qətlə yetirilməsi ilə bağlı fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi barədə məlumat verilib, növbəti məhkəmənin fevralın 17-si saat 11:15-ə təyin edildiyi bildirilib.

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Arqument.az saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Şəmşad Ağanın və Toplum TV-nin jurnalisti Şahnaz Bəylərqızının  həbsi Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirilib. Ölkədə artıq 20-dən çox jurnalist saxta ittihamlarla həbs edilib. Müsavat Partiyası hakimiyyətdən siyasi motivlərlə tutulan bütün şəxslərin azad olunmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir.

İclasda regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.