ABŞ olmadan da bacararıq…
Dadaş Əhmədli
Qərb Ukraynaya güclü dəstək elan edib.
Ukrayna martda Aİ-dən 3,5 milyard avro yardım alacaq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
İspaniya 2025-ci ildə 1 milyard avro hərbi yardım göstərəcək.
Böyük Britaniya 4,5 milyard funt-sterlinq hərbi yardım edir.
Norveç 2025-ci ildə Ukraynaya dəstək üçün 3,5 milyard avro ayıracaq.
Kanada Ukraynaya 25 LAV III zirehli texnikası, 4 F-16 simulyatoru, sursat və dondurulmuş Rusiya aktivlərindən 5 milyard dollar verəcək.
İsveç təqribən 113 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri, xüsusilə Robot 70 və Tridon Mk2-ni təhvil verəcək.
Danimarka Ukraynaya 270 milyon avro dəyərində yeni yardım paketi elan edib.
Finlandiya Ukraynaya sosial və ictimai infrastrukturun bərpası üçün 4,5 milyon avro verəcək.