Ramin Dekonun həbs müddəti uzadıldı

Martın 14-də Xətai Rayon Məhkəməsi jurnalist Ramin Deko barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar verib.

Bu haqda “Basta”ya jurnalistin vəkili Nemət Kərimli bildirib. Vəkil qərarın əsassız olduğunu söyləyib. 

Ramin Deko barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hüquq müdafiə təşkilatları ittihamın əsassız olduğunu bildirir.