Sevil Əliyevanın Moskvadakı mənzili yandı – Video

Azərbaycanın dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyevanın Moskvadakı  mənzili yanıb. Bu haqda Moskva24 teleqram kanalında məlumat yayılıb.

Bildirilir ki, 1965-ci ildə Moskvanın mərkəzində inşa edilən bu binada Kommunist Partiyasının rəhbərləri və Sovet dövlətinin elitası, o cümlədən marşal Qeorqi Jukov, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı yaşayıb.

Yanğın söndürülsə də, mənzildəki bahalı əşyaları xılas etmək mümkün olmayıb. Xatırladaq ki, 2 gün əvvəl Sevil Əliyevanın Fransadakı mülkləri barədə geniş araşdırma dərc edilmişdi.

 

Basta