AzerRos-un xəyanəti və cinayəti

 

Xəqani Cəfərli

Raşizmin cəza aparatının Yekaterinburqda soydaşlarımıza qarşı törətdiyi qətliama Azərbaycan cəmiyyətinin haqlı sərt etirazı Moskva rejimi təmsilçiləri və təbliğat maşını ilə yanaşı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (AzerRos) tərəfindən də süngü ilə qarşılanıb.
“AzerRos”-un Federal Şurası Yekaterinburq hadisələri ilə bağlı müraciətində soydaşlarımızı “rusofob və anti-Rusiya gündəliyi” ilə dolu təxribat xarakterli nəşrlərə reaksiya verməməyə, Putinin “Xüsusi Hərbi Əməliyyat” adı verdiyi Ukraynaya qarşı cinayətkar müharibənin getdiyi bir vaxtda hüquq-mühafizə orqanlarının işi ilə etnik zəmində təqiblər arasında paralellər aparmamağa çağırıb.

“Rusofob və anti-Rusiya gündəliyi ilə dolu təxribat xarakterli nəşrlər” dedikdə Azərbaycan mətbuatının və ictimai rəy liderlərinin raşizmin cəza aparatının cinayətinin ifşasının nəzərdə tutulduğu sirr deyil.
“AzerRos”-un bu müraciəti Azərbaycan xalqına qarşısı xəyanət olduğu kimi, Moskva rejiminin Ukraynaya qarşı cinayətkar müharibəsini dəstəkləməklə raşizmin törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlərə şərik olmaqdır.

“AzerRos”-un Moskva rejiminin hərbi və insanlıq əleyhinə cinayətlərinin dəstəkləməsi yalnız bu müraciətdəki ifadələrdən ibarət deyil. Moskva rejiminin Ukraynaya qarşı cinayətkar müharibəsi başladığı gündən “AzerRos” hərbi və insnalıq əleyhinə cinayətlərlə doğlu bu müharibəni dəstəkləyərək çoxsaylı tədbirlər həyata keçirib. Bütün bunlara görə “AzerRos”-un rəhbərliyi raşizmin təmsilçiləri ilə eyni hüquqi məsuliyyəti daşıyırlar.
“AzerRos”-un prezidenti Xanoğlan Əliyevin işbirliyində olduğu “Ədalətli Rusiya” Partiyasının sədri, Dövlət Dumasında partiya fraksiyasının rəhbəri Sergey Mironov Rusiyanın Baş prokuroru Sergey Krasnova Azərbaycan diasporları və onlara bağlı strukturların, o cümlədən Moskvanın ən böyük şəhər bazarlarında yoxlamağa çağırıb. Bütün fəaliyyəti ədalət anlayışına zidd olan “Ədalətli Rusiya” Partiyasının sədri Mirinov hüququn aliliyini tapdalayaarq məhkəmə qərarı olmadan Yekaterinburqda həbs olunan azərbaycanlıları cinayətkar dəstənin üzvləri adlandırır. Müraciətində Mirinov yazır ki, Azərbaycan Rusiya hüquq-mühafizə orqanlarının işinə təsir göstərməyə çalışır.
Mironov müraciətinin sonunda Baş Prokurordan Azərbaycan diasporlarını və onların nəzarətində olan hüquqi şəxsləri yoxlamaqla yanaşı, “Azərbaycan-Ural” milli-mədəni təşkilatının rəhbərinin oğlu Mütvəli Şıxlinskinin istintaqını şəxsi nəzarəti altına götürməyi, istintaqın nəticələri ilə bağlı ona məlumat verməsini yazıb. Mironova görə, Mütvəli Şıxlınski qaçmaq istəyərək avtomobilini hüquq-mühafizə orqanlarının əməkdaşının üzərinə sürüb, nəticədə asayiş keşikçisi yaralanıb.
Mironovyn anti-Azərbaycan isterikası Rusiya cəmiyyətinə hakim olan şovinzm və ksenofobiyanın bariz nümunəsi olmaqla nə birinci, nə də sonuncu çıxışdır. Belə isterik çıxışlar bundan sonra daha çox müşahidə ediləcək.
Azərbaycan cəmiyyətini “AzerRos”-un Azərbaycan xalqına qarşı xəyanətini və Ukraynaya qarşı cinayətkar müharibəni dəstəkləməsini pisləməyə, Azərbaycan dövlətinin rəsmi qurumlarını isə “AzərRos”-un əməllərinə hüquqi qiymət verməyə çağırıram.