Müsavat rəhbərliyi Zaqatalada Rəsulzadənin heykəlini ziyarət etdi
İyulun 10-da Zaqatala şəhərində Müsavat Partiyasının başqanı İsa Qəmbər, Məclis sədri Arif Hacılı və partiyanın bir qrup funksioneri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər. Partiyadan verilən məlumata görə, müsavatçılar abidə önünə gül dəstələri qoyub, ürək sözlərini deyiblər.
Qeyd edək ki, Zaqatalada M.Ə.Rəsulzadənin heykəli 1993-cü ilin may ayında qoyulub. Həmin il 28 May – Müstəgillik Günü abidənin açılışında parlamentin sədri İsa Qəmbər, dövlət müşaviri Arif Hacılı, Müsavat Partiyasının yerli təşkilatının rəhbər şəxsləri iştirak ediblər.