Rusiyadakı soydaşlarımız öz hüquqlarını necə qorusun – keçmiş nazirdən təlimat
Azərbaycanlılar digər türk etnosları kimi müasir Rusiya dövlətinin ən qədim avtoxton etnik qruplarıdır… Etnik mənsubiyyət hər hansı formada ayrı-seçkiliyin, o cümlədən vətəndaşlıqdan məhrumetmənin səbəbi ola bilməz.
Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov özünün feysbuk hesabında yazıb.
“Vətəndaşa münasibətdə, o cümlədən etnik mənsubiyyətinə görə təqsirsizlik prezumpsiyasının pozulması Rusiya Federasiyasının Cinayət Məcəlləsinin və onun beynəlxalq öhdəliklərinin pozulmasıdır” – deyə, Zülfüqarov bildirib.
Keçmiş nazir soydaşlarımızın öz hüquqlarını qorumasına dair təkliflər irəli sürüb: “Yuxarıda göstərilən hərəkətlərin Rusiya qanunvericiliyinin normalarına görə ən ağır cinayətlər olduğunu nəzərə alaraq, təklif edirəm:
– həm dövlət məmurları, həm də ayrı-ayrı vətəndaş qrupları tərəfindən həyata keçirilən qanunsuz hərəkətlərin videoçəkilişinin aparılmasıb təcrübəsindən geniş istifadə etmək;
– diaspor təşkilatlarına sonradan məhkəmələrə, hüquq-mühafizə orqanlarına, prokurorluğa və kütləvi informasiya vasitələrinə təqdim edilmək üçün belə materialların toplanmasına köməklik göstərmək.
– səfirlik və konsulluq nümayəndəlikləri ölkəmizin vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi məqsədilə müvafiq konsulluq dairələrində məskunlaşan vətəndaşlarla qarşılıqlı əlaqəni gücləndirməlidirlər.
Hesab edirəm ki, Rusiya mətbuatında gedən təxribatçı millətçi və şovinist anti-Azərbaycan bəyanatlara ictimaiyyətimizin reaksiyası xalqımıza xas olan norma və ənənələrə uyğun olaraq opponentlərə təqdim edilməlidir”.
Basta