NATO qüvvələri Gürcüstana daxil olub

Cənubi Qafqazda qəribə hadisələr baş verir. Gürcüstan hakimiyyətinin Rusiyaya yaxınlığına baxmayaraq, Vaşinqton ilə Tiflisin hərbi-siyasi əməkdaşlığı davam edir.  “Agile Spirit 2025” (“Agile Spirit”) adlanan irimiqyaslı hərbi təlimlərdə bir sıra NATO ölkələri, Ukrayna və  Moldova  ilə yanaşı,  Gürcüstan hərbçiləri də iştirak edir. 

İyulun 21-də Türkiyədə Amerika və Türkiyə hərbçilərinin hərbi hava təlimləri başlayıb. Burada ABŞ Ordusunun Avropa və Afrika Komandanlığının rəhbərliyi iştirak edib.

Təlimlərin Gürcüstan hissəsi cümə günü, iyulun 25-də başlayıb. Təlimlərə Gürcüstan qoşunları ilə bərabər ABŞ, Türkiyə, Polşa, Almaniya, Yunanıstan, İtaliya, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva, eləcə də Ukrayna və Moldovadan nümayəndələr cəlb olunub. Ermənistan və Yaponiyadan da ordu və qərargah bölmələri müşahidəçi kimi qatılıblar.

Təşkilatçıların bəyan edilən məqsədi “regional təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və NATO daxilində, iştirakçı tərəfdaşlarla qarşılıqlı fəaliyyətin təşviqidir”. Gürcüstan Müdafiə Nazirliyi isə bildirib ki, təlimlərin əsas elementləri, onların “Senaki-Vaziani yolu hissəsində gürcü- amerika taktiki hərəkətlərin məşq edilməsidir”.

2025-ci ilin martında Gürcüstan hakimiyyəti NATO hərbi gəmilərinin ölkənin ərazi sularına (Poti və Batumi limanları) daxil olmasına icazə verib. İyulun 10-dan başlayan manevrlərə hazırlıq çərçivəsində ABŞ-ın Avropa və Afrikadakı Ordu tərəfdaşları Gürcüstana hərbi texnika, müxtəlif tip zirehli maşınlar və helikopterlər ötürüb.

Gürcüstan hakimiyyəti bildirib ki, avqustun 6-dək davam edəcək bu təlimlər həm ümumilikdə Gürcüstan üçün, həm də hakim Gürcü Arzusu Partiyası (GD) üçün mühüm daxili siyasi komponentə malikdir! Deyilir ki, Vaşinqtondan gələn siqnallardan sonra təyin olunan bu təlimlər Gürcüstan konstitusiyasının 79-cu bəndi ilə əsaslandırıb. 

Gürcüstanın sabiq naziri, politoloq Paata Zakareişvilinin “Kommersant”a verdiyi məlumata görə, “Amerikalılar Cənubi Qafqazı elə sadə tərk etməyəcəklər. Ermənistanın da Qərbə doğru Moskvadan uzaqlaşdığı nəzərə alınarsa, bu tendensiya Vaşinqton və Ankara üçün əlavə geniş geosiyasi imkanlar yaradır”.

Sensasiyadır doğrusu, Rusiyanın ətrafının belə xorla sökülməsi. Burada əsas iki məsələ diqqətimizi çəkir:

1. Gürcülərin öz maraqlarına görə bir anın içində siyasi manevr edə bilməsi və hətta İvanişvili qarışıq, hakimiyyətli və xalqlı Rusiyadan uzaqlaşıb Qərbə tərəf keçə bilməsi.

2. Türkiyənin regionda ABŞ, NATO üçün əsas hərbi dayaq və dəstək gücü olması. Bu isə əvvəl yazdığımız fikrimizi isbatlayır ki, Türkiyə ABŞ, Avropa, NATO ilə Rusiya arası hərbi savaşda, NATO yanında olacaq, cünki, onun içi, özüdür.

P. S.
Ola bilsin, Gürcüstan hakimiyyəti ilə Tramp, Vaşinqton arası məxfi danışıqlar gedib. NATO qüvvələri daha da artaraq Gürcüstanda qala bilər. Ardınca rəsmi Tiflis arxayın şəkildə Moskvadan uzaqlaşdığını elan edə bilər. Onsuz da, Gürcüstan bu qədər yaxınlığa rəğmən Rusiyadan Abxaziya və Cənubi Osetiyanı geri qaytarmamasına görə bu illərdə çox narazıdır.

Mənbə: Qərb, Gürcüstan, Rusiya mətbuatı.

Yazı İlqar Altayın feysbuk səhifəsindən götürülüb.