İlham Əliyev tərəfini dəyişirsə…

İlham Əlliyev Kopenhaqendə antiputin koalisiyasının bəzi önəmli simaları ilə ikitərəfli görüşlər keçirib.

Bu görüşlərin ümumi əhvalı, hökm sürən mehriban mühit İlham Əliyevin tərəfdəyişmə siyasətinin nümayişi kimi dəyərləndirilə bilər.

Amma həm Putinin əleyhidarlarının tərəfinə keçmək, həm də ölkədə daxili siyasəti əvvəlki qaydada davam etdirmək mümkün deyil.

Əgər ölkədə dərhal siyasi və iqtisadi islahatlara başlanmasa, korrupsiya və rüşvətxorluğa, siyasi hüquq və azadlıqların məhdudlaşdırılmasına, biznes üzərində monopoliyalara son qoyulmasa hakimiyyətin yeni siyasi kursu dalana dirənəcək.

Ölkənin ümumi tənəzzülünün qarşısını repressiv tədbirlər, qiymətlərin, cərimələrin artırılması, inzibati üsullarla tədbiq edilən məhdudiyyətlər vasitəsi ilə almaq mümkün olmayacaq.

Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.