Müsavat Divanının gündəliyi

Oktyabrın 6-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.

Müsavat başqanı İsa Qəmbər Almaniyanın birləşməsinin ildönümü münasibətiylə bu ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunan ziyafətdə iştirakı barədə məlumat verib.

Müsavat Məclisinin Gender Komissiyasının sədri Könül Alının təşəbbüsü və İnsan Haqları Komissiyasının sədri Dadaş Əhmədlinin iştirakı ilə partiyanın qərargahında Azərbaycanda erkən nikahlar problemi barədə keçirilən tədbir yüksək qiymətləndirilib.

Divan üzvü Fərəc Kərimli günahsız olaraq həbs edilmiş hüquq müdafiəçisi Rüfət Səfərov, eləcə də ictimai fəallar Anar Məmmədli Anar Abdullanın məhkəmə prosesləri barədə məlumat verib. Divan üzvü Mustafa Hacıbəyli həbsdə olan müxalifətçi Azər Qasımlının işi üzrə məhkəmə prosesi haqda məlumat verib. 

Şərlənərək həbs olunmuş Tofiq Yaqublunun səhhətində ciddi problemlərin olmasına baxmayaraq, onun hələ də müayinə və müalicə edilməməsindən narahatlıq ifadə edilib.

İclasda regionda və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb. 

Sonda cari məsələlər müzakirə olunub.