Paşinyan arxivləri açır: Sarkisyanın Putinə məktubu

Ermənistan hökuməti Qarabağ münaqişəsinin həlli ilə bağlı əvvəlki hökumətin arxivlərini açmağa başlayıb.

Hökumətin saytında göstərilir ki, arxiv sənədlərindən biri keçmiş Ermənistan prezidenti Serj Sarkisyanın Prezident Putinə məktubudur.

”Hörmətli Vladimir Vladimiroviç! Rusiya Federasiyası, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, dünyada sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün ardıcıl şəkildə səylər göstərir”, – Sarkisyanın 2016-cı il 5 avqust tarixli məktub belə başlayır.

Sarkisyan daha sonra məktubunda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış böhrandan narahatlığını bildirib.

”Təəssüf ki, Azərbaycan Prezidenti yenə də həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin çağırışlarını nəzərə almayaraq Kazanda əvvəlcədən razılaşdırılmış mətnə 10-dan çox düzəliş təqdim etdi. Üstəlik, Azərbaycan 2007-ci ildən bəri həmsədr ölkələrin vasitəçiliyi ilə tərəflərin üzərində işlədiyi Madrid prinsiplərindən imtina edib”, – o yazıb.

“Ya təxribatdır, ya maksimalist mövqeyi rəsmiləşdirmək cəhdi”
Sarkisyan məktubunda Azərbaycanın “əvvəl torpaqlar, sonra status” yanaşmasını təklükəli sayır, deyir ki, bu, Ermənistan və Dağlıq Qarabağı prosesin girovuna çevirə bilər.

”İlham Əliyevin Sankt-Peterburq sammitinin nəticələrini sərbəst interpretesiyası məni son dərəcə narahat etdi.

O iddia etdi ki, guya biz əvvəlcə 5 rayonun, daha sonra 2 rayonun təhvil verilməsi barədə razılığa gəlmişik və yalnız bundan sonra digər məsələlər müzakirə olunacaq. Bu ya prosesi pozmağa yönəlmiş təxribatdır, ya da gələcək üçün maksimalist mövqeyini rəsmiləşdirmək cəhdi.

Belə situasiyaların qarşısını almaq üçün formulyasiyalarda tam aydınlıq olmalıdır”, – Sarkisyan məktubunda bildirib.

O, həmçinin yazıb ki, “Əslində, Azərbaycan Dağlıq Qarabağda gələcək referendum və DQ-nin müvəqqəti statusu ilə bağlı heç bir açıq öhdəlik götürmür”.

“Bakıdan heç bir qarşılıqlı güzəşt tələb olunmur”
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Məktubun davamında deyilir:

“Əminəm ki, beş rayon əldə etməklə Azərbaycan daha da dağıdıcı olardı.

Aydındır ki, Bakı bu rayonları əldə etməyə və sonradan digər əraziləri geri almaq məqsədi ilə Ermənistana hərbi və diplomatik təzyiqi artırmağa ümid edir, eyni zamanda Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı yekun qərarı verməkdən çəkinmək üçün daxili qanunvericiliyinə istinad edir”.

Sarkisyan Rusiyanın vasitəçilik rolunu yüksək qiymətləndirərsə də, Lavrovun son təkliflərindən narazı qaldığını bəyan edib:

”Təqdim edilən ideyalarda, erməni tərəflərinin ciddi, real və ölçülə bilən addımlarına cavab olaraq, Bakıdan heç bir qarşılıqlı güzəşt tələb olunmur”.

Buna cavab olaraq, o, məktubda öz tərəfinin istəklərini çatdırıb – tanınmamış DQR-ın danışıqlarda iştirak etməsini, Qarabağa müvəqqəti status, qaytarılmış rayonun de-militarizasiyasını, Kəlbəcər və Laçının son statusa qədər DQR-də qalması və Azərbaycanın öz öhdəliklərini yerinə yetirmədiyi halda ATƏT Minsk ölkələrinin Qarabağın müstəqilliyini tanımaqlarını istəyib.

Serj Sarkisyan 2007-ci ildə Ermənistan baş naziri olub, bir il sonra Ermənistanın 2-cü prezidenti kimi 10 il vəzifədə olub. 2018-ci 6 günlük baş nazir vəzifəsində qalıb və inqilab nəticəsində istefa verməyə məcbur olub.

2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsini işğaldan azad etmişdi.

Sentyabrın 19-da Azərbaycanın keçirdiyi bir günlük hərbi əməliyyatı nəticəsində separatçı Dağlıq Qarabağ Respublikası təslim olaraq özünün ləğv edildiyini bəyan etmiş, bundan sonra azərbaycanlı hərbçilər Xankəndiyə daxil olmuşdular.

Bu münaqişə nəticəsində Qarabağın erməni əhalisi oranı tərk etmişdi.

2025-ci ildə Azərbaycan və Ermənistan rəhbərliyi sülh sazişini paraflayıblar.

BBC