Cəmil Həsənli yenidən DTX-ya çağırıldı
Milli Şuranın sədri Cəmil Həsənli yenə DTX-ya çağırılıb.
Bu barədə o, özünün feysbuk hesabında yazıb.
“Bu gün saat 3-də yenidən DTX-ya çağrılmışam. Dekabrın 1-də Rauf Arifoğlu rəhbərlik etdiyi qəzetdə mənim Abbas Abbasovla olmayan əlaqələrim haqqında böhtan xarakterli bir cızma-qara dərc etmişdi. Bu dəvətin həmin yazı ilə bağlı olacağını ehtimal edirəm. Bu uydurma hələ 2013-cü ilin noyabrında bizə (dünyanın 18 tanınmış alimləri ilə birlikdə) Türk Tarix Kurumunun Şərəf Üzvü adı veriləndə yayılmışdı. Mən o zaman onun cavabını verdim. İndi NKVD-nin hal şahidi qismində çıxış edən Rauf Arifoğlu bu məsələni yenidən gündəliyə daşıyıb. Bəri başdan deyim ki, nə Azərbaaycanda işləyəndə, nə də Rusiyada yaşayanda Abbas Abbasovla heç bir əlaqəm, heç bir görüşüm ( o cümlədən Türkiiyədə də) olmayıb. Abbas Abbasovun hansısa “məktubu” da bizim evdə yoxdur”, – Cəmil Həsənli bildirib.

