Əli Kərimlinin həbs müddəti 4 ay uzadılıdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti məhkəmə istintaqına qədər daha 4 ay artırılıb. Bununla bağlı bu gün, fevralın 9-da Səbail rayon Məhkəməsi qərar verib. Bu barədə AXCP sədrinin müavini Seymur Həzi məlumat verib.
Həbsi qanunsuz sayan S.Həzi qeyd edib ki, Əli Kərimli istintaqa ifadə verməkdən imtina edib.
Hələlik, bu açıqlamaya istintaqı aparan Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) münasibət almaq mümkün olmayıb
Ötən il noyabrın 29-da həbs edilən AXCP sədrinə qarşı
Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Əvvəlki qərarla onun həbs müddəti fevralın 13-də başa çatırdı.

Əli Kərimli ittihamı qəbul etmir, onu siyasi sayır.