İranda müharibə daha bir ay davam edə bilər – Rubio

ABŞ-ın dövlət katibi Marko Rubio Parisdə “Böyük Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib ki, İranla müharibə daha 2–4 həftə davam edə bilər. Görüşdən sonra jurnalistlərə açıqlamasında o həmçinin deyib ki, Vaşinqton Ukrayna üçün nəzərdə tutulan silahların Yaxın Şərqə yönləndirilməsi imkanını nəzərdən keçirir.

Dünyanın aparıcı iqtisadiyyatlarının XİN rəhbərləri İranı Hörmüz boğazını açmağa çağırıblar. Onlar bu məsələnin həlli üçün ABŞ ilə birlikdə işləməyə hazır olduqlarını bildiriblər.

Marko Rubio qeyd edib ki, ABŞ boğazın blokadasının aradan qaldırılmasında iştirak etməyə hazırdır, lakin bu prosesi mütləq özü idarə etməyəcək. Onun sözlərinə görə, bu məsələdə birbaşa maraqlı olan ölkələr — ilk növbədə G7 dövlətləri və Asiya ölkələri — də öz töhfələrini verməlidir.