İranın xarici işlər naziri Ermənistana təşəkkür edib
İranın xarici işlər naziri Abbas Araqçi X sosial şəbəkəsində erməni dilində paylaşım edərək Ermənistanın dəstəyinə görə təşəkkür edib.
“Ermənistan hökumətinin və xalqının İran xalqına evakuasiya və humanitar yardım göstərilməsi ilə bağlı dəstəyi yüksək qiymətləndirilməyə layiqdir. İran və Ermənistan arasında əsrlərə dayanan əlaqələr çətin bir anda bir daha öz möhkəmliyini göstərdi və bu qardaş addımlar İran xalqının yaddaşında qalacaq”.
Mənbə: İRNA agentliyi

