Qırğızıstanda seçki üsyanı: Etirazçılar dövlət binalarını ələ keçirdi
Ötən gecə Qırğızıstanın paytaxtı Bişkekdə parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən 12 siyasi partiyanın təşəbbüsü ilə kütləvi etiraz aksiyaları başlayıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra etirazçılarla polis arasında qarşıdurma yaranıb.
.
Toqquşmalarda azı bir nəfərin öldüyü, yüzlərlə insanın yaralanandığı bildirilir.
.
“RİA Novosti” agentliynin məlumatına görə, gecə ərzində etirazçılar Prezident Administrasiyasının, parlamentin, Dövlət Təhlükəsizlik Xidmətinin və Bişkek bələdiyyəsinin binalarını ələ keçiriblər. Nümayişçilər sabiq baş nazir Sapar İsakovu da həbsxanadan azad ediblər.
.
Son məlumata görə, Qırğızıstan paytaxtının mərkəzində polislə nümayişçilər arasında şiddətli toqquşmalar davam edir.
.
.
Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.
.